• $
  • £

UNEC-də Türk Dünyası İqtisadçılar Birliyi təsis edildi

UNEC-də Türk Dünyası İqtisadçılar Birliyi təsis edildi
29.05.2020 11:17
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Türk Akademiyasının prezidenti professor Darhan Kıdırali və UNEC rektoru, professor Ədalət Muradov Türk Dünyası İqtisadçılar Birliyinin təsis edilməsi haqqında qərar imzalayıblar.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, Türk dünyası dövlətlərinin və digər respublikaların maraqlı iqtisadçılarının könüllü beynəlxalq birliyi kimi fəaliyyət göstərəcək Türk Dünyası İqtisadçılar Birliyinin əsas məqsədi türk dünyası iqtisadçıları arasındakı əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək, onlar arasında iqtisadi tədqiqatlar üzrə beynəlxalq standartların tətbiqini genişləndirmək və türk dünyasının iqtisadi mirası və gələcək iqtisadi inkişafı istiqamətlərində elmi tədqiqat və nəşr fəaliyyətlərini həyata keçirməkdir.

Təsis qərarının imzalanması mərasimində çıxış edən professor Darhan Kıdırali və professor Ədalət Muradov qloballaşan dünyada türk dünyasının elm və təhsil sahəsindəki əməkdaşlığının fövqəladə əhəmiyyətli olduğunu vurğulayıb və yeni yaranan Birliyin bu sahədəki böyük bir boşluğu dolduracağından ümidli olduqlarını bildiriblər. Natiqlər həmçinin dünya iqtisadiyyatında baş verən son tendensiyalar çərçivəsində türk dünyası ölkələri üçün yeni iqtisadi reallıqların ortaya çıxdığını və bu baxımdan da türkdilli iqtisadçıların birgə elmi fəaliyyətinin bu ölkələrin gələcək iqtisadi inkişafına mühüm töhvələr verə biləcəyinə inandıqlarını qeyd ediblər.

Birliyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlər və digər respublikaların maraqlı iqtisadçıları və ya onların milli assosiasiyaları üzv ola biləcəkdir. Fəaliyyətində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında 3 oktyabr 2009-cu ildə qəbul olunan Naxçıvan razılaşmasını, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat sahəsində təhsilin və elmin inkişafına yönələn qərarlarını, Beynəlxalq Türk Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti arasındakı əməkdaşlıq Memorandumunu və Əsasnaməsini rəhbər tutacaq Birliyin icraçı orqanı kimi daimi Katibliyi UNEC-də yerləşəcək. Birliyin təsisçilərindən biri kimi Beynəlxalq Türk Akademiyası isə onun beynəlxalq fəaliyyətini təmin edəcək və digər beynəlxalq təşkilatlarla əlaqələrini tənzimləyəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol