Sabahdan məktəblərdə 5 günlük tətil başlayır
![Sabahdan məktəblərdə 5 günlük tətil başlayır Sabahdan məktəblərdə 5 günlük tətil başlayır](https://anews.az/photo/850x500/2015-12/1451456523_731f7822-acf7-47e8-b3be-79e4cb366bc3.jpg)
Sabahdan Azərbaycanın orta ümumtəhsil məktəblərində 5 günlük tətil başlayır.
"Report" xəbər verir ki, dekabrın 31-dən yanvarın 5-dək məktəblərdə qeyri-iş günləri olacaq.
Xatırladaq ki, bütün şagirdlər üçün növbəti qış tətili 5 günlük olacaq və yanvarın 27-də başlayıb 31-də başa çatacaq. Həmçinin məktəblərdə ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Bu müddətdə yalnız ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili olacaq.
Qeyd edək ki, bu il şagirdlər üçün martın 17-dən 24-dək olan 8 günlük "Yaz tətili" olmayacaq. Buna səbəb Novruz bayramı günlərində qeyri-iş günlərinin sayının çox olmasıdır. Ona görə də məktəblilər üçün ayrıca yaz tətili nəzərdə tutulmayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər