• $
  • £

Azərbaycan Prezidenti 100 yaşlı akademiki təbrik etdi

Azərbaycan Prezidenti 100 yaşlı akademiki təbrik etdi
29.05.2020 08:42
Prezident İlham Əliyev akademik İsmayıl İbrahimovu 100 illik yubileyi münasibətilə təbrik edib.

Təbrik mətnində deyilir:
"Hörmətli İsmayıl İbrahimov!

Sizi – Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan tanınmış alimi, SSRİ Dövlət mükafatı laureatını 100 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Keçdiyiniz həyat yolu hər bir Azərbaycan gənci üçün örnək sayıla bilər. İkinci Dünya müharibəsi illərində Siz faşizmə qarşı rəşadətlə vuruşaraq vətən tarixinə şanlı səhifələr yazmış minlərlə Azərbaycan övladından birisiniz. Elmi yaradıcılığınızı pedaqoji fəaliyyətinizlə ahəngdar şəkildə birləşdirməklə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müvəffəqiyyətlə çalışmış, uzun illər bu mötəbər təhsil ocağının rəhbəri olmusunuz. Həmin ali məktəbin respublikamız və xarici ölkələr üçün hazırladığı çoxsaylı mütəxəssislər Azərbaycanın "neft akademiyası” olaraq şöhrətinin artırılmasına xidmət etmişlər.

Sizə tariximizin sovet dövründə xalqımızın ümummilli lideri Heydər Əliyevlə bir yerdə çalışmaq səadəti nəsib olmuşdur. Müxtəlif rəhbər vəzifələrdə və seçkili orqanlarda təmsil olunaraq ölkəmizin inkişafına layiqli töhfələr vermisiniz. Son illər ərzində Azərbaycan Uşaq Fondunun sədri kimi yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün böyük səylər göstərirsiniz.

Fədakar əməyiniz dəfələrlə yüksək təltiflərə layiq görülmüşdür. Onların içərisində, heç şübhəsiz, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şərəf” ordeninin xüsusi yeri vardır. Əminəm ki, zəngin həyat təcrübənizi, bilik və bacarığınızı ölkəmizin gələcəyi naminə bundan sonra da əsirgəməyəcəksiniz.
Sizə cansağlığı və xoşbəxtlik arzulayıram".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol