ABŞ nefti ilk dəfə dünya bazarında
![ABŞ nefti ilk dəfə dünya bazarında ABŞ nefti ilk dəfə dünya bazarında](https://anews.az/photo/850x500/2016-01/1451714663_103127.jpg)
ABŞ "qara qızıl”ın ixracına qoyduğu 40 illik embarqodan sonra öz neftini ilk dəfə olaraq xaricə çıxarıb.
ANS PRESS-in məlumatına görə, "ConocoPHillips" şirkətinə məxsus neftlə dolu tanker Texas ştatının Korpus-Krisi şəhərindən İtaliya limanlarından birinə doğru istiqamət götürüb. Bu neft partiyası İsveçrə-Niderland birgə şirkəti "Viol" üçün nəzərdə tutulub. ABŞ yaxın günlərdə sözügedən ünvana daha bir tanker göndərəcək.
Amerikanın ehtiyatlarında 695 milyon barel neft var və Vaşinqton onun 8%-ni satmağı planlaşdırır. Qanun layihəsinə müvafiq olaraq, əldə edilən gəlirlər saxlanılmaq üçün Maliyyə Nazirliyinin ümumi fonduna veriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər