• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Rasim Əliyevin ölümündə təqsirləndirilən futbolçuların məhkəməsi başlayır

Rasim Əliyevin ölümündə təqsirləndirilən futbolçuların məhkəməsi başlayır
05.01.2016 10:39
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevi döyərək öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəməsi başlayacaq.

"Report"un məlumatına görə, prosesə sədrliyi hakim Eldar İsmayılov edəcək.

Qeyd edək ki, Bakı şəhər sakini, ANN.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol