• $
  • £

AMEA-da seminar-məşğələ keçirildi

AMEA-da seminar-məşğələ keçirildi
28.05.2020 23:56
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində Akademiyanın elmi müəssisələrinin Mülki Müdafiə (MM) qərargah rəisləri ilə növbəti seminar-məşğələ keçirildi.

AMEA-dan ANN.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə İkinci xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq 2015-ci il ərzində Akademiyanın institut və təşkilatlarında mülki müdafiə üzrə görülən işlərdən danışdı. Şöbə rəisi hesabat ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, eləcə də AMEA prezidenti, akademik Akif Əlizadənin sərəncamları ilə həyata keçirilən tədbirlərin, təşkil edilən seminar və məşğələlərin MM qərargah rəislərini məlumatlandırdığını, maarifləndirmə xarakterli görüşlərin mütəmadi olaraq təşkil edildiyini bildirdi.

Eldar Quliyev vurğuladı ki, 2015-ci ildə seminar-məşğələlərdə şöbənin dəvəti ilə müxtəlif elmi istiqamətlərdə alimlərin məruzələri dinlənilib, mülki müdafiə qərargah rəisləri ilə birgə AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən tibb üzrə sanitar qruplarla görüşlər düzənlənib, zəlzələ və digər təbii fəlakətlər zamanı, həmçinin yanğın və ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmaq məqsədilə profilaktik tədbir görmək üçün rəhbər heyətin MM məşqi, xəbərdarlıq və toplanış məşqləri keçirilib. Eyni zamanda kənar təşkilatlarla da layihələr həyata keçirildiyini diqqətə çatdıran natiq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi, FHN-nin Akademiyası və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə xeyli tədbirlər düzənləndiyini qeyd etdi. Seminar-məşğələdə ölkənin müharibə şəraitində olduğunu nəzərə alaraq hər bir əməkdaşın mülki müdafiə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasından da bəhs olundu.

Tədbirdə İkinci xüsusi şöbənin təşəbbüsü və yaxından iştirakı ilə FHN-nin MM Qoşunlarının şəxsi heyətinin köməyi nəticəsində AMEA-nın Əsas binasında yerləşən köhnə kitabxanadan Mərkəzi Elmi Kitabxananın yeni binasına kitabların köçürüldüyü nəzərə çatdırıldı. Hesabat ilində bir sıra əməkdaşın 4 elmi müəssisə və AMEA Riyaziyyat və Mexanika İnstitutunun Fövqəladə Hallar Komissiyasının sədrinin FHN-nin MM kurslarında hazırlıq keçdiyini bildirən şöbə rəisi ötən ilin mülki müdafiə sahəsində təşkilati və metodiki baxımdan səmərəli keçdiyini bildirdi. Vurğulandı ki, "Rəhbər heyətin məşqi” ən yüksək səviyyədə Aşqarlar Kimyası, Geologiya və Geofizika, Kataliz və Qeyri-Üzvi Kimya, Folklor, Dilçilik, Mikrobiologiya, Fəlsəfə və Hüquq, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya institutlarında, eləcə də Mərkəzi Nəbatat bağı, Mərkəzi Elmi Kitabxana və Şamaxı Astrofizika Rəsədxanasında keçirilib. Keçirilən məşqlər nəticəsində məlum olub ki, elmi müəssisələrin idarəetmə orqanları və MM qüvvələrinin şəxsi heyətləri üzərlərinə düşən vəzifələri yerinə yetirməyə qismən hazırdırlar.

Seminar-məşğələnin gündəliyində öz əksini tapan növbəti məsələ 2016-cı il üçün təşkilati göstərişlər barədə AMEA prezidentinin 10 dekabr 2015-ci il tarixli 608 nömrəli Sərəncamının icrası barədə oldu. Tədbirdə sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı geniş müzakirələr aparıldı.

Daha sonra 2016-cı ilin mülki müdafiə planlarının tərtib edilməsi haqqında elmi müəssisələrin MM qərərgah rəislərinin məlumatları dinlənildi, əldə olunan nailiyyət və mövcud çatışmazlıqlar ətrafında fikir mübadiləsi aparıldı.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
Cəmiyyət 18:11
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
"Gəncə Sukanal" ləğv olunur
Cəmiyyət 17:19
"Gəncə Sukanal" ləğv olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol