• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Mərkəzi Bankdan banklara - GÜZƏŞT

Mərkəzi Bankdan banklara - GÜZƏŞT
06.01.2016 21:18
Azərbaycan Mərkəzi Bankı "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər edib.

Oxu.Az-ın məlumatına görə, dəyişikliyə əsasən qeyri-qənaətbəxş aktivlər üzrə ehtiyat dərəcəsi 30%-dən 25%-ə, təhlükəli aktivlər üzrə ehtiyat dərəcəsi 60%-dən 50%-ə endirilib.

Qeyd edək ki, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılır. Ehtiyatların dərəcələri qənaətbəşx aktivlər üzrə 1%, ümidsiz aktivlər üzrə 100% təşkil edir.

Yeni qərara əsasən, restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması müqavilə şərtlərinə görə ödənişləri aylıq əsasda müəyyən edilən aktivlər – altı ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda və istehlak kreditləri və banklararası tələblər, habelə müqavilə şərtlərinə görə ödənişləri rüblük, yarımillik, illik və başqa dövriliklə müəyyən edilən aktivlər – aktivin əsas məbləğinin ən azı 50%-i ödənildikdə və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda həyata keçirilir.

Bundan əvvəl isə restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması aşağıdakı qaydada həyata keçirilirdi: müqavilə şərtlərinə görə ödənişləri aylıq əsasda müəyyən edilən aktivlər – altı ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda; 6.3.2. istehlak kreditləri və banklararası kreditlər, habelə müqavilə şərtlərinə görə ödənişləri rüblük, yarımillik, illik və başqa dövriliklə müəyyən edilən aktivlər – aktivin əsas məbləğinin ən azı 50%-i ödənildikdə və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda.

Qeyd edək ki, yeni qərar bu gündən qüvvəyə minib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol