• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

"Yeni layihələrimiz Azərbaycanı alternativ enerji mənbələrindən birinə çevirəcək"

28.05.2020 21:19
Qlobal böhranlar kiçik təsərrüfatlardan böyük transmilli şirkətlərə qədər bütün istehsal sahəsi üçün bir sınaqdır. Məhz iqtisadi böhranlar zamanı iqtisadi cəhətdən əsaslı şəkildə işlənən, yüksək rentabelliyi ilə fərqlənən şirkətlər öz dayanıqlığını təmin edə bilir.

Dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi də neft-qaz şirkətlərini ciddi sınaq qarşısında qoyub. Belə ki, neftin qiymətinin aşağı düşməsi nəticəsində dünyada 46 neft şirkəti ümumi dəyəri 200 mlrd. dollara bərabər olan neft və qaz meqalayihələrini təxirə salıb. Neft sənayesində xərclərin azaldılması problemi artıq böyük miqyas alıb. Neftin bir barelinin qiymətinin 50 dollardan aşağı olması şəraitində gələcəkdə icrası nəzərdə tutulmuş və ümumi dəyəri təxminən 1,5 trln. dollar olan layihələr artıq rentabelliyini itirib. Eyni zamanda, təxirə salınmış bu cür layihələrin həyata keçirilməsi ehtimalı da çox aşağıdır. Bu səbəbdən neft şirkətləri yeni layihələr üzrə xərclərini 20-30% azaltmağa çalışır. Məsələn, 20 mlrd. barel həcmində neft ehtiyatının (bu, Meksikanın bütün ehtiyatlarından daha çoxdur) yaradılması üzrə gələcəyə hesablanmış əməliyyatlar təxirə salınıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) "Report"un iqtisadi böhranın Şirkətə mümkün təsiri ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə baş verən proseslər Azərbaycanın da neft-qaz sahəsində həyata keçirdiyi layihələrə bir daha nəzər salmağı vacib edib. Belə ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar SOCAR ötən il xərclərin optimallaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirib, sərmayə qoyuluşunda daha tez səmərə verən yüksək rentabelli layihələrə üstünlük verib. Ötən il dekabrın 31-də SOCAR prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə keçirilmiş yığıncaqda da vurğulanıb ki, SOCAR-ın iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli iri layihələrin maliyyələşdirilməsində heç bir problem yoxdur və olmayacaq.

Bu, ilk növbədə SOCAR-ın maliyyələşdirdiyi bütün beynəlxalq layihələrin yüksək gəlirli olması ilə bağlıdır: "Yaxın illərdə ölkəmizə milyonlarla dollar həcmində qazanc gətirəcək bu layihələr Azərbaycanı alternativ enerji mənbələrindən birinə çevirəcək. Dünyanın bir çox neft və qaz şirkətlərinin anti-böhran tədbirləri çərçivəsində meqalayihələrini təxirə salması fonunda Azərbaycanın iri layihələrdən imtina etməməsi göstərir ki, Azərbaycanın neft-qaz sənayesində həyata keçirdiyi meqalayihələr iqtisadi cəhətdən əsaslı şəkildə işləndiyi üçün yüksək rentabelliyi ilə fərqlənir və neftin qiymətlərinin aşağı həddində də uğurla icra olunur".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
İqtisadiyyat 11:38
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
İqtisadiyyat 11:23
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol