• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

“Baş daşı” da bahalaşdı

“Baş daşı” da bahalaşdı
09.01.2016 13:55
Manatın 48 faizlik devalvasiyası, dolların bahalaşması qranit və mərmər daşlarında fantastik qiymət artımına səbəb olub. 

Bu barədə musavat.com məlumat yayıb.  

"Qurd qapısı” qəbiristanlığı yaxınlığında yerləşən qəbir daşları satışını həyata keçirən Mehman adlı satıcı bildirib ki, dolların bahalaşması qəbir daşlarının qiymətinə də təsirini göstərib. Hər növ qəbir daşlarının qiyməti 50 faiz bahalaşıb.
Satıcılar deyir ki, bu bahalaşmanın olacağı gözlənilirdi. Çünki mərmər və qranit daşları xarici ölkələrdən gətirilir. Çin, Ukrayna, Moldovadan gətirilən mərmər daşları dollarla alındığı üçün bahalaşma qaçılmaz olub.  

Satıcı dolların bahalaşmasından sonrakı qiymətləri də açıqladı: "Mərmərlərin 1 kvadratmetrini bahalaşmadan öncə 100 manata təklif edirdiksə, hazırda minimum qiymətlər 150 manatdan başlayır. Son bahalaşmadan öncə ən bahalı "baş daşı”nın kvadratmetri 200-250 manat civarında idi. Lakin bu günlərdə 300 manata təklif edirik. Bu isə o demkədir ki, mərmərdən düzlədilən qəbirin qiyməti 2000 min manata başa gəlir.   Böyük ehtimalla yaxın günlərdə yenidən qiymət artımı olacaq. Dolların günü-gündən bahalaşması bizim də satışımıza mane olur. Amma yeni sifariş etdiyimiz daşların qiymətlərində isə artım gözlənilir”.  

 Qəbir daşları ilə yanaşı, güllərin də qiyməti artıb. Saytın əməkdaşı qəbiristanlığın yaxınlığında gül satışı ilə məşğul olan satıcılarla da həmsöhbət olub.  

Satıcılar dolların bahalaşmasından sonra güllərin də qiymətində cüzi artım olduğunu deyiblər: "Dollar bahalaşdıqdan sonra məcbur qalıb, qiymətləri bahalaşdırdıq. Adətən, gülləri Türkiyədən gətiririk. Türkiyədən gətirildiyi üçün qiymətlərdə o qədər də artım yoxdur. Misal üçün qərənfil, nərgizgülü və s. bu tip güllərin qiymətində 10 qəpik artım var. Lakin bizdə olanlar köhnə qiymətlərlə aldığımız güllərdir. Artıq yeni gül sifarişləri verilib və bütün növ güllərdə bahalaşma olacaq. Misal üçün qızılgüllərdə 1 manat, qərənfillərin qiymətində isə 50-60 qəpik bahalaşma olacaq”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol