• $
  • £

Putin: “Türkiyənin NATO-ya müraciət etməsi bu ölkə üçün alçaldıcıdır”

Putin: “Türkiyənin NATO-ya müraciət etməsi bu ölkə üçün alçaldıcıdır”
29.05.2020 02:43
Rusiya prezidenti Vladimir Putin "Su-24" hadisəsindən sonra Türkiyənin NATO-ya müraciət etməsinin bu ölkə üçün alçaldıcı olduğunu bildirib.
 
APA-nın xəbərinə görə, V. Putin bunu Alımaniyanın "Bild” qəzetinə müsahibəsində deyib. "Türkiyə rəhbərliyi terrorçulara zərbə endirən təyyarəmizi vuraraq həyata keçirdikləri hərbi cinayət aktı barədə Rusiya ilə danışmaq əvəzinə, NATO baş qərargahına gedərək müdafiə üçün ora müraciət ediblər. Bu, olduqca qəribə görünür, hətta fikrimcə, Türkiyə üçün alçaldıcı vəziyyətdir”,  - deyə V. Putin qeyd edib.
 
Rusiya prezidenti bildirib ki, Moskva və Ankara münasibətlərindəki problemlər Türkiyənin NATO-ya üzvlüyü ilə bağlı deyil. Lakin bununla yanaşı, o, NATO-nun bütün məsələlərə müdaxiləsinin də anlaşılan olmadığını diqqətə çatdırıb: "Türkiyəyə heç kim hücum etməyə hazırlaşmır. Lakin əgər Türkiyənin dünyanın hansısa nöqtəsində, qonşu dövlətlərdə marağı varsa, bu o deməkdir ki, NATO bu maraqları müdafiə etməlidir?”
 
V. Putin bu tip oxşar insidentlərin irimiqyaslı toqquşmalara gətirib çıxarmayacağına ümidvar olduğunu da söyləyib: "Rusiya təhlükəsizliyinə hər hansı təhdid yaranacağı təqdirdə, əlində olan bütün mümkün vasitələrlə özünü müdafiə etməyə hazır olacaq”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol