• $
  • £

XİN 2016-ci ilin prioritet istiqamətlərini açıqladı

XİN 2016-ci ilin prioritet istiqamətlərini açıqladı
29.05.2020 02:51
Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin aradan qaldırılması prioritet vəzifə kimi qalacaqdır

"Ötən il mürəkkəb geosiyasi proseslər, beynəlxalq müstəvidə qlobal qarşıdurmaların artma tendensiyaları, regional silahlı münaqişələr, beynəlxalq terrorçuluq və dini ekstremizmin kəskinləşməsi, maliyyə-iqtisadi böhranın dərinləşməsi, kütləvi miqrasiya və humanitar böhranlarla yadda qalıb". 


Azərbaycan Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışında belə deyilir.

Sənəddə bildirilib ki, dünya siyasətində dövlətlərin daxili işlərinə müdaxilə və suveren hüquqlarına məhəl qoyulmaması, həmçinin ikili standartların tətbiqinin güclənməsi şəraitində Azərbaycan xarici siyasət fəaliyyəti milli maraqların qorunması və təhlükəsizliyin möhkəmlənməsi, ölkənin iqtisadi inkişafı üçün münbit şəraitin yaradılması, əhalinin sosial rifahının yaxşılaşdırılması və ölkənin bütün sahələrdə potensialının daha geniş şəkildə təşviq olunmasına yönəlib: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının iradəsi, maraq və dəyərləri əsasında həyata keçirilən müstəqil xarici siyasət kursu cari beynəlxalq münasibətlər sistemində cərəyan edən ziddiyyətli proseslərin mənfi amillərinin təsirinin azaldılmasına, ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı hörmət və bərabərhüquqluq əsasında münasibətlərin inkişafına, iqtisadi-ticarət və humanitar əlaqələrin genişlənməsinə xidmət edib. İl ərzində əldə olunan nailiyyətlər ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, iqtisadi-sosial sabitliyin təmin olunması, həmçinin qanunun aliliyi və vətəndaşların hüquq və maraqlarının təmin edilməsi imkanlarının daha genişlənməsinə əsas yaradıb".

Hesabatda vurğulanıb ki, XİN-in fəaliyyətinin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsi üzərində cəmləşib: "2015-ci il bu məqsədlərə cavab verən bir sıra mötəbər beynəlxalq təsisatların qərarları ilə səciyyəvi olub".

Sənəddə qeyd olunub ki, 2016-cı ildə XİN Azərbaycanın müstəqilliyi, suverenliyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi və qorunması məqsədilə apardığı çevik və praqmatik xarici siyasət və diplomatik fəaliyyətini artan templə davam etdirəcəkdir: "Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin aradan qaldırılması prioritet vəzifə kimi qalacaqdır. Əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə tarazlaşdırılmış və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsi, enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin həyata keçirilməsi və mədəniyyətlərarası dialoqda fəal iştirakın təmin edilməsi ilə Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdə mövqeyinin gücləndirilməsinə yönələcək".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol