• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

Eskpert: Azərbaycana valyuta şurası lazımdır

Eskpert: Azərbaycana valyuta şurası lazımdır
14.01.2016 15:56
Azərbaycanda Prezident yanında məzənnə siyasəti və qiymət dəyişməsi dinamakasına görə cavabdeh olan Valyuta Şurası yaratmaq lazımdır. 

Bunu Trend-ə iqtisad elmləri doktoru, iqtisadi ekspert, professor Zahid Məmmədov deyib.

Onun sözlərinə görə, İqtisadiyyat və Sənaye, Maliyyə nazirliklərinin, Azərbaycan Mərkəzi Bankının nümayəndələri və sahibkarlar Valyuta Şurasına daxil olmalıdırlar: "Bu rəsmi orqan (Valyuta Şurası) ölkədə valyuta məzənnəsi ilə bağlı mütəmadi bəyanatlar verməli, məzənnə dəyişkənliyini əsaslandırmalı, valyutanı harada saxlamaq, onu hansı sahələrə qoymaq və cəlb etməklə bağlı tövsiyə və təkliflərini verməlidir".

Ekspert qeyd edib ki, Azərbaycanda istənilən şəxs hazlırda dolların məzənnəsi ilə maraqlanır: "Bununla belə, möhtəkirlər məzənnənin istənilən dəyişikliyindən faydalanmağa çalışırlar və bu mənfi hallar valyutaya tələbatı kəskin artırır, onu bahalaşdırır. Bəzi sahibkarlar isə məqamdan istifadə edərək məhsullarının qiymətini artırırlar. Süni qiymət artımı hesabına bu varlanma cəhdlərinin qarşısını almaq lazımdır".

Z.Məmmədov hesab edir ki, ölkə valyuta gəlirlərini əcnəbi tələbələrin hesabına artıra bilər: "Biz xarici ölkələrdən tələbələri cəlb etməliyik və Azərbaycanın bunun üçün bütün imkanları var. Biz onlarda hazırda tələbatın olduğu rus dilində təhsil imkanları təqdim edə bilərik. Azərbaycan, həmçinin ingilis dilində keyfiyyətli təhsil verə bilər".

Ekspert əlavə edib ki, xarici tələbələrin cəlb edilməsi təkcə təhsil sahəsinə deyil, həm də ümumilikdə ölkə iqtisadiyyyatına təsir edəcək: "Təhsil üçün ölkəyə gələn insan təqribən 40 digər sahənin inkişafı üçün şərait yaradır".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol