• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

Tələbələrin təqaüdləri artırılır - CƏDVƏL

Tələbələrin təqaüdləri artırılır - CƏDVƏL
15.01.2016 14:07
Təhsil Nazirliyinin hazırladığı yeni layihəyə əsasən, tələbələrin təqaüdləri artırıla bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 

Nazirlik "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları’’nı hazırlayaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edib. 

Həmin qaydalar "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında’’ 2013-cü ildə verilən sərəncamda dəyişiklik edilməsinə dair prezidentin ötən ilin noyabr ayında imzaladığı sərəncama əsasən hazırlanıb. 

2016-cı ilin fevralından tətbiq edilməyə başlanılacaq qaydalara əsasən, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, birinci semestrdən sonra təqaüd yalnız yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələrə veriləcək. 

Bununla da ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrlə yanaşı, pullu əsaslarla ali məktəbə daxil olan, lakin dövlət hesabına təhsil alan qaçqın və məcburi köçkünlər, həmçinin, digər imtiyazlı ailələrdən olan tələbələr yüksək akademik nailiyyətlər göstərdikləri təqdirdə təqaüd ala biləcəklər.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol