• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Eks deputatın müstəntiq oğlu barəsində HƏBS QƏRARI - FOTO

Eks deputatın müstəntiq oğlu barəsində HƏBS QƏRARI - FOTO
29.05.2020 03:11
Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.
 
Bu barədə APA-ya R. Səfərovun bibisi oğlu Mirsadıq Cəfərov məlumat verib.
 
Onun sözlərinə görə, R. Səfərovun ifadəsi alınıb: "Bizə bildirildi ki, Rüfətin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün prokurorluq təqdimat verib”.
 
 
Rüfət Səfərov 

R. Səfərovun vəkili isə APA-ya bildirib ki, hazırda R. Səfərov Binəqədi rayon Məhkəməsinə aparılır. Məhkəmədə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun təqdimatına baxılacaq.
 
Qeyd edək ki, R. Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
 
R. Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.
 
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
Siyasət 09:17
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
İlham Əliyev 5 milyon manat ayırdı
Siyasət 04:41
İlham Əliyev 5 milyon manat ayırdı
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
Siyasət 04:23
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb
Siyasət 04:12
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb
Eks deputatın müstəntiq oğlu barəsində HƏBS QƏRARI - FOTO
Siyasət 03:11
Eks deputatın müstəntiq oğlu barəsində HƏBS QƏRARI - FOTO
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Siyasət 02:01
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Siyasət 01:45
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Elmar Məmmədyarov:
Siyasət 18:22
Elmar Məmmədyarov: "Vyana görüşü yaxşı imkanlar yaradır"
Siyasət 21:28
"ABŞ Konqresinin mandatı Azərbaycana silah satmağımıza imkan vermir"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol