• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

İlham Əliyev: "Valyuta bazarının tənzimlənməsi ilə bağlı Milli Məclisə təkliflər göndərilib"

İlham Əliyev:
18.01.2016 14:49
"Valyuta bazarının tənzimlənməsi ilə bağlı Milli Məclisə təkliflər göndərilib".

"Report" xəbər verir ki, bunu yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib. Bundan əlavə, Prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.

Dövlət başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını deyib. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən dövlət başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.

Prezident İlham Əliyev bildirib ki, ölkənin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər. Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlət başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
Nazirliklərdən birinin adı dəyişdirildi
Siyasət 05:24
Nazirliklərdən birinin adı dəyişdirildi
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Siyasət 04:21
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Kerridən Qarabağla bağlı çağırış
Siyasət 03:55
Kerridən Qarabağla bağlı çağırış
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Siyasət 02:59
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Ordumuz hərbi təlimlərə başlayır
01:57
Ordumuz hərbi təlimlərə başlayır
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Siyasət 00:57
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Siyasət 22:39
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol