• $
  • £

Bu il Azərbaycanda neçə faizlik inflyasiya gözlənilir? – RƏY

Bu il Azərbaycanda neçə faizlik inflyasiya gözlənilir? – RƏY
29.05.2020 08:44
Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun rəsmi saytında dərc edilən "Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı məqaləsində bu il ölkədə gözlənilən inflyasiya ilə bağlı proqnoz verib. 

"Hazırkı şəraitdə hökumətin əsas vəzifəsi makroiqtisadi sabitliyi və inflyasiyanın normal dərəcəsini təmin etməkdir” - deyən Prezident vurğulayıb ki, 2015-ci ilin sonuna inflyasiya səviyyəsi 4%-dən az olub. 

O, bildirib ki, 2016-cı ildə hökumət inflyasiyanı (inflyasiya mal və xidmətlərin keyfiyyətinin yüksəlməməsi halında qiymətlərin ümumi səviyyəsinin qalxmasıdır. Başqa sözlə desək, inflyasiya mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi prosesidir- red.) elə bu cür aşağı səviyyədə saxlamağa çalışacaq.

Oxu.Az bu məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Bu il Azərbaycanda neçə faizlik inflyasiya gözlənilir?

İqtisadçı-ekspert Oqtay Haqverdiyev Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu il ölkədə ikirəqəmli (birrəqəmli inflyasiya 10%-dək olan, ikirəqəmli inflyasiya 10% və daha çox – red.) inflyasiyanın olacağını gözləmir:

"Düşünürəm ki, bu il Azərbaycanda inflyasiyanın səviyyəsi hökumətin proqnoz etdiyindən bir qədər çox ola bilər. Hesab edirəm ki, Azərbaycanda ikirəqəmli inflyasiya gözlənilmir. Amma 7-8% arasında inflyasiyanın olacağını proqnoz etmək olar”.

Öz növbəsində, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda 2016-cı ildə ikirəqəmli inflyasiyanın olacağı gözlənilir:

"Ümumiyyətlə, nəzərə alsaq ki, son devalvasiyadan sonra, Azərbaycan hökuməti də inflyasiya səviyyəsinə yenidən baxır və inflyasiya səviyyəsinin yenidən proqnozlaşdırılması ilə bağlı işlər görür. 

Çünki ikinci devalvasiya ölkəyə daxil olan məhsulların qiymətinin artmasına gətirib çıxardı və güman edilir ki, qiymət artımları mərhələli şəkildə, növbəti dövrlərdə də müşahidə edilə bilər.

Hələlik yerli istehsalın bərpa edilməsi zaman tələb edir. Zaman tələb etdiyi üçün də birmənalı şəkildə bu proses vaxt alacaq. Bütün bunları nəzərə alaraq, 2016-cı ildə inflyasiya səviyyəsinin ikirəqəmli olacağı gözlənilir”, - deyə CESD-in rəhbəri qeyd edib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol