• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Pedoqoji Universitetdə əmək haqları artırıldı

Pedoqoji Universitetdə əmək haqları artırıldı
24.02.2016 13:40
Azərbaycan Dövlət Peqoqoji Universitetinin (ADPU) Elmi Şurasında keçirilən iclasda əməkdaşların sosial vəziyyətlərinin gücləndirilməsi məqsədilə onların vəzifə maaşlarına edilən əlavənin artırlması məsələləri müzakirə olunub və yekdilliklə qərar qəbul edilib.

Universitetin Mətbuat və informasiya şöbəsi verilən məlumata görə, ADPU-nun Elmi Şurasının qəbul etdiyi qərara əsasən bu ilin mart ayının 1-dən əməkdaşların əmək haqlarına onların vəzifələri və iş həcminə uyğun olaraq 30-200 manat məbləğində əlavələr ediləcək. Hazırda ADPU-nun dekanlarının əmək haqları 1139 manat, kafedra müdirlərinin əmək haqları isə 1035 manatdır.
Qeyd edək ki, əmək haqlarına artım ADPU-nun 1400-dən çox əməkdaşına şamil ediləcək. Eyni zamanda Elmi Şuranın iclasında bu ilin fevral ayından başalayaraq normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) təhsil alan tələbələrin əlavə kreditlər üzrə təhsil haqlarının ADPU-nun daxili imkanları hesabına ödənilməsi haqqında da qərar qəbul edilib.

Bundan başqa, universitetdə tədrisin keyfiyyətini yüksəltmək, həmçinin dekan, kafedra müdirləri, dekan müavinləri və professor-müəllim heyətinin fəaliyyətini stimullaşdırmaq məqsədilə hər semestrin imtahan sessiyasının yekunlarına görə (nəzərdə tutulan şkalalara uyğun olaraq) növbəti semestrdə diferensiasiya prinsipi ilə əmək haqlarına əlavələr edilməsi barədə qərar qəbul edib.

Həmçinin, tələbələr arasında rəqabət mühitini yaratmaq üçün hər semestrin sonunda ən yüksək göstəricilərə nail olan bir qrupun bütün tələbələrinə (həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsilalanlara) 1 aylıq təqaüdləri həcmində pul mükafatı verilməsi barədə qərar qəbul olunub.

Elmi Şuranın universitet əməkdaşlarının və tələbələrin rifah halının yaxşılaşdırılmasına xidmət edən bu qərarı onların razılığına səbəb olub

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Cəmiyyət 10:11
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Cəmiyyət 23:52
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Cəmiyyət 22:30
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Cəmiyyət 20:29
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Cəmiyyət 19:12
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Cəmiyyət 18:23
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Cəmiyyət 16:55
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol