• $
  • £

Kaxa Kaladze: "Azərbaycandan əlavə həmcdə qaz almasına dair razılıq əldə olunub"

Kaxa Kaladze:
28.05.2020 23:04
Gürcüstanın energetika naziri: Şahdənizdən əlavə həcmdə qaz almaq mümkündür

Gürcüstanın Azərbyacandan əlavə həcmdə təbii qaz alması barədə faktiki olaraq razılıq əldə edilib. "Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze Bakıya səfərindən sonra bildirib.

Nazir qeyd edib ki, "Şahdəniz" yatağının işlənməsi layihəsi çərçivəsində əlavə həcmdə qaz almaq mümkündür: "Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında mövcud dostluq münasibətləri barədə danışdıq. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşdüm. Görüşdə gələcək əməkdaşlıq, Gürcüstanın daxili tələbatı üçün vacib olan əlavə həcmdə təbii qaz alınması müzakirə olunub. Faktiki olaraq razılığa gəlmişik. "Şahdəniz" yatağından Cənubi Qafqaz boru kəməri ilə əlavə həcmdə təbii qaz almaq mümkün olacaq".

Qeyd edək ki, SOCAR prezidenti R.Abdullayev ötən gün jurnalistlərə bildirib ki, əvvəl Gürcüstana satılan qazın 60%-i qışda, 40%-i isə yayda ötürülüb, indi isə 70% qışda, 30% yayda nəql olunacaq.
R.Abdullayev "Şahdəniz" konsorsiumu ilə razılığa gəlindiyini və əlavə 500 mln. kubmetr həcmində təbii qazın Gürcüstana bu yolla ötürüləcəyini deyib: "Şahdəniz"də bizim 500-700 mln. kubmetrə qədər əlavə qaz istifadə etmək, yaxud onu Türkiyə və Gürcüstan bazarında satmaq imkanımız var. 

Məhz ona görə də boru xəttində əlavə yer ayırdıq ki, 500 mln. kubmetrə qədər əlavə qazı Gürcüstana sataq. Əvvəl yalnız 800 mln. kubmetrə qədər "Şahdəniz" qazı satırdıq. Amma indi imkan yaranıb ki, bunu 1,5 mlrd. kubmetrə çatdıraq".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
İqtisadiyyat 11:38
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol