• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

BP Xəzərdə istifadə üçün 14 gəmi alır

BP Xəzərdə istifadə üçün 14 gəmi alır
03.03.2016 15:07
Dubayda (BƏƏ) yerləşən "Topaz Energy and Marine" şirkəti "BP Exploration (Caspian Sea) Ltd." şirkəti ilə müqavilə imzalayıb. 

"Report" xəbər verir ki, bu barədə "Topaz Energy and Marine" şirkəti məlumat yayıb.

Müqaviləyə görə, Xəzər dənizində istifadə üçün Dubay şirkəti BP-ni 14 gəmi ilə təchiz edəcək.

Müqavilə 5 il müddətinə imzalanıb, lakin bazardakı vəziyyətə görə daha iki il uzadıla bilər. Bu gəmilər Xəzərin Azərbaycan sektorunda yerləşən və BP şirkətinin operatoru olduğu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarında və "Şahdəniz" yatağının ikinci mərhələsində istifadə olunacaq.

Müqavilənin dəyəri açıqlanmır, lakin "Reuters" agentliyinin hesablamalarına görə, müqavilənin dəyəri 541 mln. dollar məbləğində ola bilər.
Qeyd edək ki, hazırda "Topaz" şirkətinin Azərbaycanda 21 gəmisi var.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol