• $
  • £

Ərdoğan “Qalatasaray”ın müdafiəsinə qalxdı

Ərdoğan “Qalatasaray”ın müdafiəsinə qalxdı
29.05.2020 03:10
UEFA niyə "Qalatasaray”ı cəzalandırır? Cəza bu məsələdə günahı olan klub rəsmilərinə verilməlidi. "Qalatasaray”ın 20-25 milyon azarkeşi var. Əgər klubu cəzalandırırsansa, deməli, onun azarkeşlərini də cəzalandırırsan. 

Oxu.Az-ın "Hurriyet” qəzetinə istinadən xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı UEFA-nın "Qalatasaray”ı Avrokuboklardan 1 illik uzaqlaşdırmasına münasibət bildirib.

Onun fikrincə, İstanbul klubundakı cavabdeh şəxslər cəzalandırılsaydı, daha doğru olardı.

"Mən baş nazir olanda UEFA prezidenti Mişel Platini, həmçinin daha sonra FİFA prezidenti olacaq Canni İnfantino Avropa çempionatı ilə əlaqədar İstanbula gəlmişdilər.

Onlarla həmin vaxt danışanda da hüquqi şəxslərin cəzalandırılmasının hüquqa təhqir olduğunu bildirmişdim.

Belə hüquq olmaz. Demişdim ki, əgər cəza verirsizsə, həmin klubların prezidentlərinə və ya günahı olan digər rəsmilərinə verməlisiz.

Platini isə mənə "Bu, həmişə belə olub, bundan sonra da dəyişməz” demişdi. Bu iş belə getməz. Yanlış məntiq, yanlış anlayışdı.

Ümid edirəm ki, bunlar nəzərə alınar və həqiqətən, günahı olanlar cəzalandırılar, hüquqi şəxslər isə cəzalandırılmaz”, - deyə Ərdoğan bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
İdman 11:25
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol