• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Filosof Müşfiq Şükürov ADU-da oldu

Filosof Müşfiq Şükürov ADU-da oldu
29.05.2020 07:06

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Həmkarlar Təşkilatının nəzdində fəaliyyət göstərən Fərdi İnkişaf Birliyinin təşkilatçılığı ilə fəlsəfə elmləri namizədi, dosent və filosof Müşfiq Şükürov ilə görüş keçirildi. O, "Lev Tolstoy kim idi?”  mövzusunda çıxış edərək tələbələrlə öz maraqlı fikirlərini bölüşdü.
 
 
Filosof Müşfiq Şükürov rus yazıçı, publisist və filosof Lev Tolstoy haqqında danışaraq onun nəsr janrında ən böyük və dövrünün ən məşhur ruhani yazıçısı olduğunu bildirdi. O, L. Tolstoyun özünün əxlaqi-mənəvi əsərləri ilə XX əsrin fikir tarixinə, o cümlədən Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri olan Mahatma Qandinin şəxsiyyətinə ciddi təsir göstərdiyini görüş iştirakçılarının diqqətinə çatdırdı. Filosof L.Tolstoyun 50 yaşında qəribə həyat yaşadığını, lakin ən yaxşı əsərlərini ("Anna Karenina” , "Dirilmə”)  də məhz bu yaşdan etibarən yazdığını bildirdi.
 
L.Tostoyun dinə olan münasibətindən danışan filosof rus yazıçısının əsərlərində saxtakarlıq, yalana qarşı çıxdığını, sadə olmaqdan çəkinməyən və özü kimi olan insanı ideal insan adlandırdığını diqqətə çatdırdı.
 
 
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatdı.
 
 
Qeyd edək ki, Müşfiq Şükürov bir monoqrafiya, 40-a yaxın elmi və fəlsəfi məqalələrin müəllifidir. O, eyni zamanda "Budda-Dhampada”, "Xəlil-Cübra-Peyğəmbər” əsərlərini Azərbaycan dilinə ilk tərcümə edən şəxsdir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:46
Sabahın hava proqnozu açıqlanıb
Qaradağ rayonunda tikilməkdə olan evlərdən oğurluq edən şəxslər saxlanılıb
Cəmiyyət 12:27
Qaradağ rayonunda tikilməkdə olan evlərdən oğurluq edən şəxslər saxlanılıb
Tikilməkdə olan evlərin naqillərini oğurlayan şəxslər saxlanılıb
Cəmiyyət 10:55
Tikilməkdə olan evlərin naqillərini oğurlayan şəxslər saxlanılıb
Samuxda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
Cəmiyyət 09:22
Samuxda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək
Cəmiyyət 22:24
İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək
Pakistanda hotel yanıb, ölənlər var
Cəmiyyət 22:00
Pakistanda hotel yanıb, ölənlər var
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 57 mini keçib
Cəmiyyət 21:00
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 57 mini keçib
Təmir zamanı avtobusun altında qalan kişi belə xilas edildi
Cəmiyyət 20:30
Təmir zamanı avtobusun altında qalan kişi belə xilas edildi
İtkin düşən 5 nəfər tapıldı
Cəmiyyət 20:00
İtkin düşən 5 nəfər tapıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol