Ərdoğan şəhidin cənazə namazında
Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan antiterror əməliyyatı zamanı şəhid olan xüsusi təyinatlılardan birinin dəfn mərasiminə qatılıb.
ANS PRESS-in "Anadolu" agentliyinə istinadla verdiyi məlumata görə, Ərdoğan Şırnakda ötən gün şəhid olan 23 yaşlı Osman Belkayanın cənazə mərasiminə qatılıb.
Prezident cümə namazı qıldıqdan sonra mərasimə qatılıb. Şəhididn ailəsi və yaxınlarına başsağlığı verən Ərdoğan cənazə namazında da ən ön sırada olub. Dövlət başçısından əlavə namazda ədliyyə naziri, hakim partiyanın rəsmiləri də iştirak ediblər.
Şəhidin cənazəsi morqdan birbaşa vida üçün nəzərdə tutulan yerə gətirilib. Yüzlərlə insanın qatıldığı mərasimdə şəhid yaxınlarının sözləri ürəkləri parçalayıb. "Məni şəhid anası etdin, qürurluyam. harandan vurulmusan, oradan öpəcəyəm. Balam üşüyər, məni də onun yanına qoyun", deyə şəhid anası göz yaşı töküb.
Vidanın ən diqqətçəkən məqamı isə şəhidin yaşlı babasının özünün cib dəsmalı ilə qaravulda olan əsgərlərdən birinin göz yaşını silməsi olub. Tabutun başında dayanan əsgərin göz yaşını silən baba "Ağlama, düşməni sevindirmə" deyərək əsgərə dəstək olmağa çalışıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər