• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan: “Rza Zərrabın həbsinin Türkiyə ilə əlaqəsi yoxdur”

Ərdoğan: “Rza Zərrabın həbsinin Türkiyə ilə əlaqəsi yoxdur”
29.03.2016 18:25
"Rza Zərrabın həbsinin Türkiyə ilə heç bir əlaqəsi yoxdur”. 
 
APA-nın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da həbs edilən iranlı iş adamı Rza Zərrabla bağlı sualı cavablandırarkən deyib. 
 
R. T. Ərdoğan Fətullah Güləni nəzərdə tutaraq çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar qrupun əslində ABŞ-ın Pensilvaniya ştatında olduğunu bildirib: "Bu məsələnin əsl səbəbini bilmədən hər hansı fikir bildirməyi doğru hesab etmirəm. Ancaq çirkli pulların başında dayananlar ABŞ-da, Pensilvaniyada yaşayır. Görəsən, bununla bağlı oradakı səlahiyyətli orqanlar nəsə edibmi? Əvvəlcə, bu adamlarla bağlı addımlar atsınlar”.
 
Türkiyə prezidenti çirkli pulların yuyulması ilə əlaqədar bəzi şəxslərin Türkiyədə həbs olunduğunu, bəzilərinin isə qaçdığını deyib: "Təəssüf ki, dostumuz Amerikanın rəsmiləri bu məsələdə həssaslıq göstərmədilər. Rza bəylə əlaqədar isə bir məsələ varsa, hər halda onun vəkilləri lazımı cavabı verəcəklər. Ancaq mən dəqiq söyləyə bilərəm ki, bu məsələnin Türkiyə ilə heç bir əlaqəsi yoxdur”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol