• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

AVRO-2024 Türkiyədə keçirilə bilər

AVRO-2024 Türkiyədə keçirilə bilər
29.03.2016 20:26
2024-cü ildə keçiriləcək Avropa çempionatının təşkili üçün artıq bir ölkə hərəkətə gəlib.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, qitə birinciliyi məhz bu ölkədə baş tuta bilər.

AVRO-2016-ya namizəd olan türklər 1 səs azlığı ilə Fransaya uduzmuşdular. UEFA-nın sabiq prezidenti Mişel Platini 2020-ci ildəki qitə birinciliyini 13 ölkəyə verdiyindən, Türkiyə Futbol Federasiyası (TFF) namizədlikdən son anda imtina etmişdi. Qardaş ölkə indi də AVRO-2024 üçün namizədliyini irəli sürməyə hazırlaşır. Onların əsas rəqibləri Almaniya göstərilir.

Hazırda Türkiyədə inşa edilən 28 stadiondan 13-nün Avropa standartlarına cavab verəcək olması bu ölkənin şanslarını artıran amillərdəndi. Həmin arenalarda işlər gələn il yekunlaşacaq.

TFF Avropa çempionatının final matçının İstanbul Olimpiya Stadionunda oynanılmasını planlaşdırır. Bundan başqa, oyunların "Ülker Arena”, "Türk Telekom Arena” və "Vodafone Arena”dan ikisi, həmçinin hazırda Əskişəhər, Antalya, Ankara, Kayseri, Konya, Trabzon, Samsun, Bursa və Mersində inşa edilən yeni stadionlarda keçirilməsi nəzərdə tutulur. Adıçəkilən şəhərlərdə yeni stadionlar gələn il istifadəyə veriləcək.

Qeyd edək ki, AVRO-2024-ə ev sahibi olmaq istəyən ölkələr namizədliklərini gələn il verə biləcəklər. Turnirin hansı ölkədə keçiriləcəyi isə 2018-ci ildə açıqlanacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol