• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

BP-də yeni vitse-prezident təyinatı

BP-də yeni vitse-prezident təyinatı
29.03.2016 17:16
BP-nin hazırda Çıraq və Dərinsulu Günəşli sahəsi üzrə əməliyyatlar meneceri olan Orxan Quliyev 15 iyun 2016-cı il tarixindən BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezidenti təyin olunur.

Bu barədə "BP-Azerbaijan” şirkətindən Oxu.Az-a bildirilib.

"Bu yeni vəzifədə Orxan BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla regional əməliyyat risklərinə  müstəqil baxış və risklərə qarşı baryerlərin gücünü təsdiq edən əminlik fəaliyyətinin icrasına cavabdeh olacaq.

Bu vəzifədə Orxan BP-də 37 illik xidmətdən sonra təqaüdə çıxan indiki vitse prezident Robert Uottu əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.

BP-də çalışdığı 20  ildən artıq bir  müddət ərzində Orxan Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar və iri layihələr sahəsində dərin təcrübə qazanıb.

Bundan əvvəl Orxan dənizdə əməliyyatlar üzrə qrup rəhbəri və platforma meneceri kimi yüksək texniki bilik və məsuliyyət tələb edən vəzifələrdə çalışıb.

Daha öncə isə o, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri və Azəri-Çıraq-Günəşli layihələrində  layihə mühəndisi və layihə meneceri kimi işləyib, həmçinin BP-nin Birləşmiş Krallıqdakı mühəndis-layihə idarələrində  müxtəlif  vəzifələr tutub.

Orxan Azərbaycan Memarlıq və İnşaat Universitetininin inşaat mühəndisliyi üzrə maqistraturasını bitirdikdən sonra Azərbaycan Neft Akademiyasında qaz axınının dinamakası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Orxan həmçinin digər ixtisaslar üzrə qərb universitetlərində də təhsil alıb - onun Böyük Britaniyanın Henli Kollecindən neft və qaz sənayesi idarəçiliyi üzrə diplomu var və 2014-cü ildə ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunun  Əməliyyatlar Akademiyasını bitirib.

Orxan neft və qaz sənayesinin inkişafına töhfəsinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi” medalına layiq görülüb”, - deyə şirkətdən bildirilib.

Evlidir, iki övladı var.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol