Putin: “Hərbi məhsulların ixracı 14, 5 milyard dollar olub”
2015-ci ildə Rusiya 14,5 milyard dollarlıq hərbi təyinatlı məhsullar ixrac edib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin xarici ölkələrlə hərbi-texniki əməkdaşlığa dair prezident komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, bu rəqəm nəzərdə tutulan göstəricidən çoxdur: "Rusiya döyüş silahlarının dünya bazarına çıxarılması baxımından dünya ölkələri arasında ikinci yeri tutur. Bununla yanaşı Rusiya özündən sonrakı ölkələrdən xeyli irəlidədir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər