Ruhaninin Avstriyaya səfəri təxirə salındı
Martın sonunda İran prezidenti Həsən Ruhaninin Avstriyaya nəzərdə tutulan səfəri təhlükəsizlik baxımından təxirə salınıb.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Avstriya prezidentinin dəftərxanası məlumat yayıb.
"İran tərəfi prezident Ruhani və onu müşayiət edən nümayəndə heyətinin martın 30-31-nə nəzərdə tutulmuş səfərini təhlükəsizlik baxımından təxirə salıb", - deyə məlumatda qeyd olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər