• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

ABŞ İranı nüvə sammitinə dəvət etmədi

ABŞ İranı nüvə sammitinə dəvət etmədi
30.03.2016 11:05
"İştirakçılar prosesdə konstruktiv rol oynamalıdırlar".

ABŞ İranı Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməyib. ANS PRESS-in məlumatına görə, bu barədə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının direktoru Lora Holqeyt deyib.  Onun sözlərinə görə,  Vaşinqton hesab edir ki, bütün iştirakçılar prosesdə konstruktiv rol oynamalıdırlar. 

"Sammitin hədəfi  ümumdünya diskussiya üçün arena olmaq yox, müxtəlif yanaşma və perspektivi olan ölkələr arasında məsuliyyətli diskussiyalar üçün bir meydança olmaqdır”, - deyə  Ağ Ev rəsmisi bildirib.  

"Biz ölkələrin konstruktiv rol oynayacağını gözləyirik. Ona görə də İran dəvət almayıb”.    


Lora Xolqeyt - Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının direktoru

Vaşinqtonda nüvə sammiti mart ayının 31-də işə başlayacaq. Sammitdə dünyanın onlarla ölkəsinin rəhbər şəxsləri iştirak edəcək. Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak üçün dəvət alıb. 

Son vaxtlar İran və ABŞ arasında münasibətlərdə istiləşmə hiss edilir. Ötən il 14 iyulda İranla Altılıq  ölkələri arasında razılaşma ələdə olunub. İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin və Rusiya, eləcə də Almaniya arasında danışıqlar 2006-cı ildə başlayıb. ABŞ konqresi bu razılaşmaya qarşı çıxsada prezident Barak Obama razılaşmanın lehinə addımlar atdı. Nəticədə isə İranla 30 ildən çox davam edən soyuq münasibətlər istiləşməyə başlayıb.

Bu ilin yanvar ayında isə İran üzərindən  beynəlxalq sankisyalar götürülüb. Sanksiyaların ləğvini Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) təsdiq edib. Bununlada rəsmi Tehran nüvə razılaşmasında üzərinə götürdüyü bütün razılaşmaları yerinə yetirib. Razılaşma əldə olunduqdan sonra İranın beynəlxalq banklarda dondurulan pullarının bir hissəsi geri qaytarılıb. Həmçinin rəsmi Tehran Avropa dövlətləri ilə əməkdaşlıq etməyə başlayıb.  


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol