• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Qırğızıstan və Özbəkistan müharibəyə hazırlaşırlar

Qırğızıstan və Özbəkistan müharibəyə hazırlaşırlar
30.03.2016 22:19
Sərhəddə 50 mübahisəli sahə mövcuddur.

Özbəkistan ilə sərhədyanı münaqişələr qaçılmazdır və onun ölkəsi Daşkəndin istənilən aqressiv davranışına layiqli cavab verməyə hazırdır.

Oxu.Az livejournal.com-a istinadən xəbər verir ki, bunu Qırğızıstanın rəhbəri Almazbek Atambayev martın 24-də Bişkekdə 2005-ci ilin "zambaq inqilabı”na həsr edilmiş bağın təməlinin qoyulması mərasimində bəyan edib.

Atambayev xatırladıb ki, sərhəddə 50 mübahisəli sahə mövcuddur, eləcə də Qırğızıstanın "sərhəd boyu yerləşən və ona məxsus olan obyektlərini geri götürəcəyini” vəd edib.

Qeyd edək ki, daha öncə Qırğızıstan prezidenti KTMT-yə Özbəkistan ilə sərhəddəki mübahisəni həll etmək üçün köməyə görə müraciət edib.

Qırğızıstan tərəfinin versiyasına görə, martın 18-də özbək sərhədçiləri sərhədin razılaşdırılmamış hissəsinə iki zirehli transpartyor və 40 hərbçi yerləşdiriblər, orada tikanlı məftil çəkiblər, 4 metr dərinliyində yarğan qazıblar və stünlar basdırıblar.

Bununla yanaşı, Özbəkistan birtərəfli qaydada "Madaniyat-avtodorojnı” nəzarət-keçid məntəqəsini bağlayıb və qırğız vətəndaşları üçün "Dostuk-avtodorojnı” keçid məntəqəsində məhdudiyyətlər qoyub. Qırğız paytaxtından "fövqəladə vəziyyət halı üçün” münaqişə rayonuna "Skorpion” ("Əqrəb”) elit xüsusi təyinatlılar dəstəsi göndərilib.  

Hökumətin sərhəd məsələləri üzrə xüsusi nümaynədəsi Kurbanbay İskandarov bəyan edib ki, özbək hərbçiləri Qırğızıstan ilə mübahisəli sahəyə Bişkekin respublika ərazisində yerləşən obyektləri öz balansına qaytarması səbəbindən daxil olub.

Onun sözlərinə görə, bu obyektlərin sırasına Ala-Bukedə yerləşən (Cəlal-Abad vilayətinin Çatkal rayonu) və sərhədyanı ərazinin 10-12 km yerləşən Orto-Tokoysk su anbarı daxildir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol