İquain "Napoli" ilə müqavilə yeniləməkdən imtina etdi
"Napoli" hücumçusu Qonzalo İquainə yeni müqavilə təklif edib.
Qol.az-ın "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, klub prezidenti Aurelio de Laurentis argentinalı futbolçu ilə 2020-ci ilə qədər müqavilə imzalamaq istəyib.
Lakin İquain "Napoli"nin təklifini rədd edib. Neapol təmsilçisi ilə müqaviləsi 2018-ci ildə başa çatacaq 28 yaşlı futbolçu Avropanın top-komandalarında çıxış etmək arzusundadır.
Qeyd edək ki, İquain 2013-cü ildə 40 milyon avro müqabilində Madrid "Real"ından "Napoli"yə transfer olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər