Ərdoğan və Obama Vaşinqtonda görüşdü
Vaşinqtonda Nüvə Təhlüksizliyi Sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Görüş zamanı iki dövlət başçısı təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verir.
Obama Diyarbəkirdə baş verən terror hadisəsi ilə bağlı Ərdoğana təəssüf və başsağlığını ifadə edərək, ABŞ-ın daim Türkiyənin təhlükəsizliyinə dəstək olduğunu bir daha bildirib.
İki dövlət liderinin görüşü bir saata yaxın çəkib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər