• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”

Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
29.05.2020 02:26
"Yaralılar deyir ki, istəyirik, tezliklə sağalıb döyüş bölgəsinə gedək”

"Azərbaycan Ordusu həmişəki kimi bu dəfə də düşməni yerinə oturtdu. Bu gün də biz tam üstünlük əldə etmişik. Buna baxmayaraq, biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəs elan edirik, bir şərtlə ki, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Bu, çətin məsələdir. Amma BMT, ATƏT İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Düzdür, beynəlxalq təşkilatların qərarları hələ lazımi nəticəyə gətirib çıxartmayıb, amma bu, məsələnin hüquqi həlli üçün əsasdır. Baxmayaraq ki, danışıqlar nəticə vermir, biz danışıqlara həmişə hazırıq”.
"Report”un xəbərinə görə, bunu Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, erməni tərəfi sonuncu təxribatı bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlərin artması səbəbindən törədib: "Artıq heç kimə sirr deyil ki, vəziyyət nədən ibarətdir. Ona görə də danışıqlar prosesini pozmaq üçün onlar bu təxribata əl atdılar. Bu təxribat nəticəsində şəhidlərimiz olub, yaralılar var. Amma Azərbaycan xalqı onu da bilir ki, düşmənə böyük, sarsıdıcı zərbə vurulub.

Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik. Sizə də təşəkkür edirik ki, belə vətənpərvər və qəhrəman övladlar yetişdirmisiniz. Hazırda yaralılar deyir ki, istəyirik, tezliklə sağalıb döyüş bölgəsinə gedək. Bu, Azərbaycan xalqının ucalığıdır. Bu, onu göstərir ki, Azərbaycan xalqı mətin, vətənpərvər və cəsarətlidir. Həkimlər mənə dedi ki, bütün yaralılar sağalacaq, tibb işçiləri bunun üçün əllərindən gələni edəcəklər.

Ölkəmizin ərazi bütövlüyünün qorunması hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, heç vaxt da olmayacaq”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Siyasət 04:22
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Siyasət 03:29
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
Siyasət 02:26
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
DTX: 4 terrorçu məhv edilib
Siyasət 11:24
DTX: 4 terrorçu məhv edilib
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
Siyasət 09:13
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Siyasət 22:37
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Siyasət 19:51
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Siyasət 14:26
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Siyasət 22:05
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol