• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

QHT-lərin hesablarından həbs götürülür

QHT-lərin hesablarından həbs götürülür
06.04.2016 11:57
Məsələ bu həftə ərzində həllini tapacaq.

Baş Prokurorluq Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının (QHT) və onların rəhbərlərinin bank hesabları üzərindən qadağanın götürülməsi üçün məhkəmələrə təqdimat göndərib.

Bu barədə "Report"a "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev bildirib.

O deyib ki, məhkəmələr bununla bağlı qərarlar verərək banklara göndərirlər:

"QHT-lərin və onların rəhbərlərinin hesabları bankların müxtəlif filiallarında olduğu üçün bəzi ləngimələr olur. Burada müəyyən müddət lazımdır.

Hər bir məhkəməyə təqdimat göndərilib. Yəni, məhkəmə qərar qəbul etdikdən sonra banklara təqdim edir. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına üzv olan təşkilatların və onların rəhbərlərinin şəxsi hesabları bağlı idi.

Üzv olan səkkiz təşkilatdan üçünün hesabından qadağa götürülüb, sonrakı mərhələdə də beş təşkilatın bank hesabı üzərindəki qadağa götürüləcək".

Ə.Nuriyev qeyd edib ki, məsələ bu həftə ərzində tamamilə həllini tapacaq: "Həmin təşkilatların nümayəndələri hər hansı problemlə qarşılaşarlarsa, mənə müraciət edə bilərlər".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Ekstremal situasiyada işləməyə hazırlaşan jurnalistlər - FOTOLAR
Cəmiyyət 09:35
Ekstremal situasiyada işləməyə hazırlaşan jurnalistlər - FOTOLAR
Cəmiyyət 06:15
"Uşaqlar valideynlərinin üzünü unutsalar da, yolunu həsrətlə gözləyirlər" - FOTOLAR
Qulu Məhərrəmliyə qarşı iki rayonda məhkəmə prosesi keçiriləcək
Cəmiyyət 06:01
Qulu Məhərrəmliyə qarşı iki rayonda məhkəmə prosesi keçiriləcək
Zavodun qaçqın sakinləri - FOTOLAR
Cəmiyyət 05:10
Zavodun qaçqın sakinləri - FOTOLAR
Gələcəyə boylananlar -
Cəmiyyət 03:19
Gələcəyə boylananlar - "Ümid yeri"-dən FOTOLAR
Cəmiyyət 01:37
"Qanlı göl" - təhlükəli evlərdən, qaynayan zibilliklərdən FOTOLAR
Orta məktəbdə Azərbaycan bayrağını qaraya boyadılar - VİDEO
Cəmiyyət 23:16
Orta məktəbdə Azərbaycan bayrağını qaraya boyadılar - VİDEO
XİN: Misirdə qaçırılan təyyarədə Azərbaycan vətəndaşları olmayıb
Cəmiyyət 21:25
XİN: Misirdə qaçırılan təyyarədə Azərbaycan vətəndaşları olmayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol