• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Merkeldən "soyqırımı" açıqlaması

Merkeldən
07.04.2016 10:23
Ermənistan prezidenti Serj Sarkisyanla paytaxt Berlində görüşən Almaniyanın kansleri Anqela Merkel görüşdən sonra keçirdiyi mətbuat konfransında "soyqırımından” danışıb.

ANS PRESS-in məlumatına görə, Merkel 1915-ci il hadisələri barədə iddia edilən qondarma soyqırımı layihəsinin parlamentdə müzakirəyə çıxarılacağını deyib.

Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərini müzakirə etdiklərini deyən Merkel bu münasibətlərin yenidən canlandırılmalı olduğunu bildirib. Almaniya kansleri həmçinin Azərbaycanla Ermənistan arasındakı münaqişənin sülh yoluyla həll edilməsinin vacibliyini vurğulayıb.

Jurnalistlərdən birinin, "Gələn həftə 1915-ci il hadisələri barədə iddia olunan "soyqırımı” layihəsi Almaniya parlamentində müzakirəyə çıxarılacaq. Bu məsələdə Türkiyənin reaksiyalarını nəzərə almısınızmı?” – sualına Merkel indidən heç nə deməyə ehtiyac olmadığını qeyd edib.

"Bu layihənin növbəti dəfə parlamentdə müzakirəyə çıxarılacağı səsvermə keçiriləcəyi düzdür. Türkiyə də bunu yaxından izləyir. Bu mövzuda indidən heç nə deməyə ehtiyac yoxdur.” – deyə Merkel cavab verib.  

Türkiyə ilə Avropa İttifaqı arasında olan miqrant razılaşmasını dəyərləndirən Ermənistan prezidenti Serj Sarkisyan isə ölkəsinin Suriyadan 20 min qaçqın qəbul etdiyini iddia edib. Miqrant probleminin ölkəsinə təsirsiz ötüşmədiyini deyən Sarkisyan Suriyada ermənilərin də yaşadıqlarını bildirib.
Erməni qaçqınlar Qarabağda

Qeyd edək ki, bir müddət əvvəl müxtəlif ölkələrə aid KİV-lərdə rəsmi İrəvanın suriyalı qaçqın erməniləri Dağlıq Qarabağa yerləşdirdiyi xəbəri yayılmışdı.

Ötən ilin oktyabrında qondarma erməni soyqırımının Bundestaqda müzakirəsi təxirə salınmışdı. Bu ilin fevral ayında isə Yaşıllar partiyası tərəfindən Almaniya parlamentinin müzakirəsinə təqdin edilən qondarma soyqırımı qətnamıəsi natamam olduğu üçün geri qaytarılmışdı.   


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol