• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Rusiya, OPEC hasilatı dondura bilər

Rusiya, OPEC hasilatı dondura bilər
07.04.2016 22:05
Rusiya və Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEC) hasilatın dondurulması barədə razılaşma əldə edə bilər. Yəni, İran təşəbbüsə qoşulmasa belə, buna gedəcəklər. Bu barədə OPEC rəsmisi Bloomberg News-a məlumat verib.

Nawal al-Fezaia-nın açıqlamasından dərhal sonra, aprelin 6 və 7-də dünya bazarında neftin qiyməti 5 faizdən çox qalxıb.

Fezaia deyib ki, neft hasil edən ölkələrin hasilatın dondurulması barədə razılığa gəlməkdən başqa yolu yoxdur. Tərəflər aprelin 17-də Qətərin paytaxtı Dohada görüşəcəklər.

Hasilatı dondurmaq üzrə ilkin razılıq ilin əvvəlində Rusiya və Səudiyyə Ərəbistanı arasında əldə olunub.

Rusiya mənbələri aprelin 6-da Reuters agentliyinə bildiriblər ki, Rusiya ilə OPEC artıq detalları müzakirə edir.

Fezaia düşünür ki, neftin qiyməti ilin sonuna 45-60 dollar arasında qərarlaşa bilər.

Aprelin 6-da Londonda Brent neftinin barrelinin qiyməti 1.97 dollar artaraq 39.84 dollara bərabərləşib. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Tehrana yeni hücum dalğasına başlayıb
Dünya 23:51
İsrail Tehrana yeni hücum dalğasına başlayıb
Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif edib
Dünya 23:01
Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif edib
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Dünya 20:45
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Antonio Quterreş Türkiyədə səfərdədir
Dünya 19:57
Antonio Quterreş Türkiyədə səfərdədir
Ankarada zəlzələ olub
Dünya 19:17
Ankarada zəlzələ olub
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
Dünya 18:39
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb


Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Dünya 17:04
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol