• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

AZAL Tour A Vent turizm şirkəti ilə razılığa gəldi

AZAL Tour A Vent turizm şirkəti ilə razılığa gəldi
07.04.2016 16:54
Bu gün Bakı – Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) Bakıda keçirilən AITF-2016 turizm sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiya Federasiyasında rəsmi turizm nümayəndəliyi olan Tour A Vent şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə edib.

Müqaviləyə əsasən, turizm şirkətinə AZAL aviaşirkəti tərəfindən yerinə yetirilən Kazan-Bakı-Kazan müntəzəm reysində yer bloku ayrılacaq.

Bundan əlavə, aviaşirkət və turizm şirkəti Ulyanovsk hava limanından Bakıya çarter reyslərin yerinə yetirilməsini razılaşdırıblar. Reyslər Embraer və ya Airbus hava gəmiləri ilə yerinə yetiriləcək.

 "Mən çox şadam ki, bizim Rusiya regionlarındakı danışıqlarımız konkret nəticə verməyə başlayıb. AZAL aviaşirkəti Azərbaycana turistlərin cəlb edilməsi üçün xarici turizm şirkətlərinə yaxşı şərtlər təqdim etməyə hazırdır", AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.

"Şirkətimizin əsas məqsədi Azərbaycan turizmini təbliğ və təşviq etməkdir. "Azərbaycan Hava Yolları” Rusiyanın müxtəlif regionlarına bir çox müntəzəm uçuşlar yerinə yetirir və mən əminəm ki, bizim sıx əməkdaşlığımız uzunmüddətli xarakter daşıyacaq", Tour A Vent şirkətinin Volqayanı filialının baş direktoru Yuliya Uba bildirib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol