• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Mehriban Əliyeva ağladı - Şəhid anaları ilə görüşdə

Mehriban Əliyeva ağladı - Şəhid anaları ilə görüşdə
07.04.2016 20:32
Bu gün Heydər Məscidində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib.

"Qafqazinfo" xəbər verir ki, ehsan mərasimində Heydər Əliyev Fondunu prezidenti Mehriban Əliyeva, Vətən uğrunda şəhid olan və yaralanan hərbçilərin anaları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın 1-ci xanımı, Heydər Əliyev Fondunu prezidenti Mehriban Əliyeva Heydər Məscidinə gələrək, son günlər qoşunların təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində Vətən uğrunda qəhramanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri və yaxınları ilə görüşüb. Mehriban Əliyeva təmas xəttində Ermənistan hərbi qüvvələrinin Azərbaycana qarşı törətdikləri son təxribatlar nəticəsində həlak olan Azərbaycan oğullarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

Sonra müqəddəs Qurani Kərimdən ayələr oxunub. Qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib. Mehriban Əliyeva son günlərdə Vətənin müdafiəsi uğrunda şəhid olan 31 hərbçinin ailə üzvlərinə, yaxınlarına başsağlığı verib, yaralıların tezlikə sağalmasını arzulayıb.

Şəhid hərbçilərimizin qohumları ağır itki ilə üzləşdiklərini söyləsələr də, şəhidlərimizin hər bir vətəndaş üçün müqəddəs olan Vətən uğrunda öz canlarından keçdiklərini dedilər. Qeyd edibər ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanırlar. Onlar bildirdilər ki, Azərbaycan Ordusu xalqımıza erməni silahlı birləşmələrinə qarşı apardıqları əməliyyatlarda qazanılan zəfərin sevincini yaşadıb. Şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri Azərbaycan Ordusundan yeni qələbə xəbərləri eşitmək arzusunda olduqlarını dedilər, Azərbaycanın tezliklə işğal altındakı torpaqlarının geri qaytarılacağını əminliklərini ifadə etdilər. Göstərilən diqqət və dəstəyə görə Azərbaycan dövlətinə və xalqımıza minnətdarlıqlarını bildirən şəhid və yaralı hərbçilərimizin ailə üzvləri Qüdrətli Ordumuzun düşmənlərimizə vurduğu sarsıdıcı zərbələrdən qürur hissi keçirdiklərini bildiriblər.

Qeyd edək ki, birinci xanım şəhid analarının qarşısında baş əyərək göz yaşlarını saxlaya bilməyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol