• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Dünya şöhrətli ulduzlar Bakıya gəlir

Dünya şöhrətli ulduzlar Bakıya gəlir
13.04.2016 11:05
Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisinin konsert proqramında iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb.

Konsert proqramında Kris Braun, Enrike İqlesias və Farrell Uilyams iştirak edəcək.

Onlar Formula-1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər.

İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyamsın çıxışı olacaq.

Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər.

Anlaşmaya əsasən təşkilatçılığın maddi tərəfləri ictimaiyyətə açıqlanmır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında Formula 1 şəhərciyində bir neçə səhnənin qurulacağını bildirib: "Bilet alanlar yarışı izləmək, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı əldə edəcəklər. Üstəlik, həmin biletlərin sahibləri GP 2 yarışlarına da tamaşa edəcəklər. Biz özümüz üçün Sinqapur proqramını seçmişik. Məqsədimiz Avropa Qran Prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mikayıl Müşfiqin abidəsi tapıldı – FOTOLAR
Mədəniyyət 18:40
Mikayıl Müşfiqin abidəsi tapıldıFOTOLAR
Dünya şöhrətli ulduzlar Bakıya gəlir
Mədəniyyət 11:05
Dünya şöhrətli ulduzlar Bakıya gəlir
Azərbaycan mədəniyyətinə ağır itki üz verdi
Mədəniyyət 10:05
Azərbaycan mədəniyyətinə ağır itki üz verdi
Səkinə İsmayılova ordenlə təltif edildi
Mədəniyyət 19:31
Səkinə İsmayılova ordenlə təltif edildi
Əbülfəs Qarayev: “Yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalıdır
Mədəniyyət 12:56
Əbülfəs Qarayev: “Yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalıdır"
Xalq artisti dünyasını dəyişdi
Mədəniyyət 15:07
Xalq artisti dünyasını dəyişdi
“Qızıl Qlobus” mükafatının qalibləri elan olundu
Mədəniyyət 11:45
“Qızıl Qlobus” mükafatının qalibləri elan olundu
Zəlimxan Yaqub vəfat etdi
Mədəniyyət 17:02
Zəlimxan Yaqub vəfat etdi
Azərbaycanın mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI
Mədəniyyət 19:29
Azərbaycanın mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol