Multikulturalizm mövzusunda növbəti seminar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etməsi ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində orta məktəb şagirdləri və tələbələr üçün multikulturalizm mövzusunda növbəti seminar keçiriləcək.
Seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Rəşad İlyasov "Dünya ölkələrində multikulturalizm modelləri” mövzusu üzrə "Multikulturalizm tendensiyası” adlı məruzə ilə cıxış edəcək.
Seminarda multikulturalizmin fəlsəfi əsasları, yaradılma əsasları, Qərb və Azərbaycan ölkələrində multikulturalizmin müqayisəli təhlili ortaya qoyulacaq.
Tədbir 18 aprel saat 12:00-da Milli Azərbaycan Tarixi Muzeyinin 1-ci mərtəbəsində Konfrans zalında keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər