• $
  • £

​Türkiyə prezidenti: "Mən nə sünniyəm, nə də şiə"

​Türkiyə prezidenti:
29.05.2020 10:36
 "Mən nə sünniyəm, nə də şiə. İslam dünyası üçün ən böyük fitnə məzhəbçilikdir".

"Report" xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısındakı çıxışında bildirib.

"Bizim dinimiz sülh dinidir. Allah ədaləti, doğruluğu, barışı buyurur, kirli və çirkin işləri qadağan edir. Bizlər müsəlman və islam ölkələri olaraq, sıxıntıya məruz qalanlara yardım etməli, bölücü deyil, birləşdirici olmalıyıq. Düşmənçiliklərdən uzaq olmalıyıq, çünki bütün münaqişələrdən ən çox zərər görən İslam ölkələridir", - deyə o vurğulayıb.

Türkiyə prezidenti Suriya, İraqda fəaliyyət göstərən PKK və PYD kimi terror təşkilatların İslam dünyasına ziyan vruduğunu da açıqlayıb: "Avropada Brüsseldəki terrordan danışır, ancaq Ankara, İstanbul, Lahordakı terrorlardan söz belə açmırlar. Bu, ikili yanaşmadır. Buradan beynəlxalq ictimaiyyəti terrorçu qruplaşmalara yanaşmasını dəyişməyə, onlara maddi və silah yardımını dayanadırmağa çağrıram. İslama qarşı terror əleyhinə mübarizəni özümüz aparmalıyıq. Xarici müdaxiləyə arxayın olmamalıyıq. Onlar da oralardakı neft üçün müdaxilə edirlər. Öz dövlətlərində haqsızlığa uğrayan müsəlmanlar Qərb dövlətlərinə getməyə başlayır. Oralarda isə islamofobiya ilə üzləşirlər".

Ərdoğan BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bir müsəlman dövlətinin olmadığını da diqqətə çatdırıb: "Dünya beşdən böyükdür. Bu təşkilatın islahata ehtiyacı var. Ağlamayan körpəyə süd verilməz. Biz də öz haqqımızı tələb etməliyik. Qardaşlığı bütün sahələrdə həyata keçirməliyik".

Türkiyə prezidenti müsəlman qadınların öz problemlərini müzakirə etməsi üçün "Qadın konfransı"nın keçirilməsini təklif edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
Dünya 23:30
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
Dünya 22:27
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol