• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Hikmət Hacıyev: Ermənistan rejimi meyitlərə belə işgəncə verir

Hikmət Hacıyev: Ermənistan rejimi meyitlərə belə işgəncə verir
18.04.2016 09:54
Ermənistan tərəfinin əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq Azərbaycan hərbi qulluqçusunun nəşinin nümayişkarcasına qaytarmaqdan imtina etməsi rəsmi Yerevanın beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə konvensiyası və əlavə protokolların normalarının növbəti kobud pozulmasıdır.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, humanizm dəyərlərin kənar olan Ermənistan rejimi meyitləri belə işgəncə, təhqir və fiziki zorakılığa məruz qoyaraq qisas və siyasi möhtəkirlik obyektinə çevirir.

"Bu kimi zorakılıq əlamətləri son günlərdə geri qaytarılmış hərbi qulluqçuların meyitlərində də müəyyən edilib. Ermənistanın qeyri-insani əməllərinin nəticəsidir ki, 1991-1994-cü il hərbi əməliyyatlarında əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlı mülki və hərbi şəxs hələ də itkin düşmüş hesab olunur”, - deyə, H. Hacıyev bildirib.

XİN rəsmisi vurğulayıb ki, meyitlərin qaytarılmasına vasitəçilik missiyasını yerinə yetirən beynəlxalq qurumlar tərəfindən də Azərbaycan hərbi qulluqçusunun nəşinin Ermənistan tərəfində olması faktı təsdiqlənsə də rəsmi Yerevanın imtinasından sonra susqunluq nümayiş etdirmələri başa düşülən hal deyildir.

"Onlar tərəfindən bu kimi məsələlərdə prinsipial və aydın mövqe nümayiş etdirilməlidir. Rəsmi Yerevan 2 aprel tarixindən etibarən başladığı təxribat və hərbi avantüranın uğursuzluğundan sonra beynəlxalq təcrid vəziyyətində olduğunu bir daha görmüşdür.

Odur ki, ölkədaxili və beynəlxalq ictimaiyyət qarşısında olan-qalan nüfuz və etimadını da itirən  Ermənistan rəhbərliyinin addımları daha sərsəm, qeyri - müəyyən və təhlükəli xarakter alır”, - deyə, Hacıyev bəyan edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol