• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Dağlıq Qarabağ münaqişəsi haqqında ingilis dilində növbəti kitab nəşr olundu

Dağlıq Qarabağ münaqişəsi haqqında ingilis dilində növbəti kitab nəşr olundu
18.04.2016 16:40
Dağlıq Qarabağ probleminə dair ingilisdilli kitablar siyahısına daha biri daxil edilib.

ANN.Az xəbər verir ki, bugünlərdə xaricdə hüquq təhsili alan həmyerlimiz Vahid Əliyevin yazdığı "Beynəlxalq hüquq normalarına əsasən Dağlıq Qarabağ münaqişəsinin təhlili" kitabı çapdan çıxıb. Xüsusən, aprel ayının əvvəllərində "üçgünlük" müharibə ilə dünya ictimaiyyətinin diqqətini özünə cəlb edən Dağlıq Qarabağ problemindən bəhs edən bu kitab ingilis dilində hazırlanıb. 

İngilisdilli oxucunun münaqişə haqqında daha ətraflı informasiyası olsun deyə müəllif Dağlıq Qarabağ münaqişəsinin tarixi, sovet qanununa uyğun olaraq DQ-nin hüquqi statusu haqqında qeydlərini təqdim edib. 

V.Əliyev öz kitabında Dağlıq Qarabağ münaqişəsinin hazırkı təhlilini və müzakirəsini önə çıxaramağa çalışıb. O, ilk növbədə Azərbaycan tərəfindən irəli sürülmüş "Uti possidetis juris" (varis dövlət tərəfindən keçmiş
imperiyanın varlıqlarına yönəlik suverenlik haqqı və xüsusilə də torpaq tələbləri ilə bağlı siyasi-qanundur) prinsipi çərçivəsində Qarabağ ermənilərinin sovet və beynəlxalq hüquq normalarına əsasən ayrılmaq hüquqlarını məsələsini ön plana qoyaraq, münaqişənin qısa tarixi və faktoloji məlumatı ilə başlayıb.

Kitabda DQ-ın statusu məsələsinə, orada keçirilən referendumların beynəlxalq hüquq standartlarının pozulmasına, xalqların və azlıqların öz müqəddəratını təyin etməsinə toxunulub, eləcə də DQ münaqişəsinin beynəlxalq hüquqa və BMT qətnamələrinə əsasən qiymətləndirilməsi verilib.

Vahid Əliyev 1986-cı ildə Bakıda anadan olub. Qərb Universitetinin hüquq fakültəsinin məzunu (2008-ci il) olan kitab müəllifi daha sonra Ukraynanın Kiyev Milli Ticarət-İqtisadi Universitetində magistr dərəcəsi alıb. 2014-cü ildə isə o, London Universitet Kollecinin (UCL) hüquq fakültəsinə qəbul olub. Universitetin hüquq üzrə magistr dərəcəsinə layiq görüldükdən sonra o, Britaniya Beynəlxalq və Müqayisəli Hüquq İnstitutunun tərkibindəki Hüquq Qaydaları üzrə Bingham Mərkəzində təcrübə keçib. 

Müəllifin öz qeydinə görə, bu kitabın ərsəyə gəlməsində elmi rəhbəri professor Roger O`Keefe-nin rolu böyükdür.

Kitab "Qanun" nəşrlər evində çapdan çıxıb.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
Siyasət 09:17
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
İlham Əliyev 5 milyon manat ayırdı
Siyasət 04:41
İlham Əliyev 5 milyon manat ayırdı
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
Siyasət 04:23
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Siyasət 02:01
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Siyasət 01:45
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Elmar Məmmədyarov:
Siyasət 18:22
Elmar Məmmədyarov: "Vyana görüşü yaxşı imkanlar yaradır"
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi planlaşdırılır
Siyasət 19:36
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi planlaşdırılır
Siyasət 12:22
"Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini Rusiya istəmir" – AÇIQLAMALAR
Prezidentlərin üçtərəfli görüşünə dair birgə bəyanat yayıldı
Siyasət 20:44
Prezidentlərin üçtərəfli görüşünə dair birgə bəyanat yayıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol