• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycan İrana yarım milyard kredit ayıracaq

Azərbaycan İrana yarım milyard kredit ayıracaq
23.04.2016 14:48
Layihənin öyrənilməsi üzərində iş sona çatıb.

Azərbaycan İran üçün Rəşt-Astara dəmir yolunun inşaatının maliyyələşdirilməsi üçün 500 milyon dollarlıq kredit xətti açmağa razılıq verib. 

Bu barədə Trend-ə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib. 

Onun sözlərinə görə, Qəzvin-Rəşt-Astara dəmir yolu İran və Azərbaycanın dəmir yollarını birləşdirəcək. 

"İran Qəzvin-Rəşt sahəsində infrastrukturun yaradılması üzrə işin 92 fazini yerinə yetirib. Sahədə relslərin qoyulması qalıb, bu isə yaxın günlərdə ediləcək. Qəzvin-Rəşt sahəsinin 2016-cı ilin sonuna qədər tam hazır olacağı gözlənilir”, - Vaezi bildirib. 

Rəşt-Astara sahəsi haqqında danışarkən nazir bildirib ki, layihənin öyrənilməsi üzərində iş sona çatıb və İran onun maliyyələşdirilməsinə hazırlaşır. 

"Rəşt-Astara dəmir yolunun inşaatı milyard dollara yaxın vəsait tələb edir, onun 500 milyonu Azərbaycan tərəfindən kredit şəklində ayrılacaq. Azərbaycan krediti "Şimal-Cənub” layihəsinin realizəsini sürətləndirəcək”, - Vaezi bildirib. 

Onun sözlərinə görə, vəsaitin qalan hissəsi İran tərəfindən ayrılacaq. 

Nazir bildirib ki, İran və Azərbaycan sərhədində Astaraçay çayı üzərindən körpünün salınması artıq layihələşdirilib və Azərbaycan tərəfi onun inşaasına başlayıb. Tərəflər layihəni "50/50” prinsipi üzrə layihələşdirəcək. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Bukingem sarayı - ingilis monarxların rəsmi rezidensiyası – REPORTAJ
Dünya 02:46
Bukingem sarayı - ingilis monarxların rəsmi rezidensiyası – REPORTAJ
Dünyanın hərbiləşmiş ölkələri - SİYAHI
Dünya 23:12
Dünyanın hərbiləşmiş ölkələri - SİYAHI
Almaniya uydurma “erməni soyqırımı”nı tanıdı
Dünya 14:54
Almaniya uydurma “erməni soyqırımı”nı tanıdı
Ermənistanda nazir müavini, kəşfiyyat və rabitə xidmətlərinin rəisləri işdən çıxarıldı
Dünya 14:47
Ermənistanda nazir müavini, kəşfiyyat və rabitə xidmətlərinin rəisləri işdən çıxarıldı
Azərbaycan İrana yarım milyard kredit ayıracaq
Dünya 14:48
Azərbaycan İrana yarım milyard kredit ayıracaq
ABŞ Azərbaycanın işğal altındakı ərazilərinə maliyyə yardımı ayırmaqdan imtina etdi
Dünya 14:52
ABŞ Azərbaycanın işğal altındakı ərazilərinə maliyyə yardımı ayırmaqdan imtina etdi
“Bu hadisələr İran üçün çox ciddi siqnaldır” – AÇIQLAMALAR+VİDEO
Dünya 16:45
“Bu hadisələr İran üçün çox ciddi siqnaldır” – AÇIQLAMALAR+VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol