• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Çinarə Şirinin Karmen rolunda möhtəşəm çıxışı - FOTOREPORTAJ

Çinarə Şirinin Karmen rolunda möhtəşəm çıxışı - FOTOREPORTAJ
03.05.2016 12:25
Rüstəm Qasımov

Bir neçə gün Azərbaycan Dövlət Opera və Balet teatrında əfsanəvi fransız bəstəkarı Jorj Bizenin "Karmen" operasının təqdimatı keçirildi. Bu opera bəşəriyyətin sənət irsinin xəzinələrindən biri sayılır və melomanlar və musiqisevərlər arasında böyük populyarlığı var. Hər dəfə "Karmen" təqdim ediləndə böyük izləyici kütləsinin diqqətini cəlb edir. Bu tamaşa da istisna deyildi - bakılılar və şəhərimizin qonaqlarıbelə məşhur operanı izləmək imkanından özlərini məhrum etməmək qərarına gəlmişdilər. 

Azərbaycan opera və balet teatrının truppası yüksək səviyyəli heyətiylə fərqlənir. Əməkdar incəsənət xadimi Akif Məlikovun rəhbərliyi ilə teatrın əsas məqsədlərindən biri yerli artistlərinin ustalığını müntəzəm olaraq artırmaqdır. Bu iş təkcə onların səviyyə artırmaq üçün xaricə məzniyyətləriylə məhdudlaşmır, o cümlədən operaya xaricdən solistlər dəvət olunur ki, onlar öz təcrübə və biliklərini yerli artistlərlə paylaşsınlar. Yerli teatrın səviyyəsinin artmasında Akif Məlikovun əməyi böyükdür. "Karmen" operasına quruluş verilməsi də istisna deyildi. Baş rol olan Xose rolunu ifa etmək üçün teatra Ukraynanın milli operasının aparıcı solisti Andrey Romanenko dəvət olunmuşdu. Karmen rolunu isə gənc və istedadlı azərbaycanlı artist, möhtəşəm sopranaya sahib Çinarə Şirin ifa edirdi. 

Tamaşada həmçinin Azərbaycan opera və balet teatrının solistləri - xalq artisti, Əli Əskərov (Suniqo partiyası), Azərbaycanın əməkdar artistləri İnarə Babayeva (Mikaella partiyası), Səbinə Əsədova (Mersedes partiyası), Gülnaz İSmayılova (Fraskita partiyası) və Anton Ferşandt (Eskamilio partiyası) rol oynayırdılar. 

Azərbaycan opera və balet teatrının dirijoru Eyyub Quliyevin rəhbərlik etdiyi orkestrin parlaq çıxışını da xüsusi qeyd etmək lazımdı. 

Tamaşa o qədər uğurlu keçmişdi ki, bitdikdən sonra auditoriya onları uzun müddət buraxmadı, onları gurultu alqışlara qonaq etdilər. 

Beləliklə, teatrın may açılışını uğurlu hesab etmək olar. Bu, onu göstərir ki, Bakıda yüksək səviyyədə tamaşalara quruluş verilir və təqdim edilir. Paytaxt sakinlərini də bu zövqdən məhrum olmamağa, şəhərimizin mədəni hadisələrinə biganə qalmamağı tövsiyyə edirik. 

Elm, təhsil, maarif və mədəniyyəti təbliğ edən ANN.Az portalı Bakıda baş tutan mədəni hadisələri işıqlandırmaqda davam edir. Bu dəfə oxucularımıza "Karmen" operasından fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 



















































www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Mədəniyyət 11:49
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Mədəniyyət 11:46
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
İki rəssam dostun sərgisi - REPORTAJ
Mədəniyyət 09:40
İki rəssam dostun sərgisi - REPORTAJ
İstanbul küçələrində qraffitilər - FOTO
Mədəniyyət 09:38
İstanbul küçələrində qraffitilər - FOTO
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Mədəniyyət 09:05
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Mədəniyyət 08:33
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Mədəniyyət 03:36
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Mədəniyyət 03:30
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol