Azərbaycanlı rejissor beynəlxalq müsabiqədə münsif üzvü olacaq
Elçin Musaoğlu "8th TRT Documentary Awards” festivalına dəvət alıb
Azərbaycanlı rejissor Elçin Musaoğlu mayın 12-dən 16-dək İstanbulda keçiriləcək "8th TRT Documentary Awards” festivalında münsiflər heyətinin üzvü olacaq.
Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.
Qeyd edək ki, Elçin Musaoğlunun "40-cı qapı” və "Nabat” tammetrajlı bədii filmləri dünyanın bir çox nüfuzlu film festivallarının müsabiqə proqramlarında iştirak edib və bir sıra mükafatlara layiq görülüb.
www.ann.az
Son xəbərlər
Daha çox