• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Milli Dram Teatrında "Ölülər" tamaşasının premyerası keçiriləcək

Milli Dram Teatrında
03.05.2016 21:45
Xalq artisti Azərpaşa Nemətin quruluş verdiyi əsərdə Şeyx Nəsrullah obrazını xalq artisti Nurəddin Mehdixanlı canlandıracaq

Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasının premyerası olacaq.

"Report" xəbər verir ki, tamaşanın premyerasının mayın 26-27-də keçirilməsi nəzərdə tutulub.

Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azərpaşa Nemətin quruluş verdiyi əsərdə Şeyx Nəsrullah obrazını xalq artisti Nurəddin Mehdixanlı canlandıracaq. 


"Ölülər"in Kefli İsgəndəri aktyor Anar Heybətov və Elnar Qarayev olacaq.

Hacı Həsən ağanı əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Kərbalayi Fatmaxanım obrazını xalq artisti Laləzar Mustafayeva və əməkdar artist Hicran Nəsirova, Nazlını Xədicə Novruzlu, Aygün Baxışlı ifa edəcək.

Tamaşada görkəmli bəstəkar Qara Qarayevin musiqilərindən istifadə olunacaq. "Ölülər" əsərinin quruluşçu rəssamı, əməkdar rəssam Elçin Aslanovdur.
Qeyd edək ki, sonuncu dəfə Milli Dram Teatrında "Ölülər" tragikomediyasına xalq artisti, rejissor Mərahim Fərzəlibəyov quruluş verib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol