• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Müasir İsrail yazıçısının romanı Bakıda çap olundu

Müasir İsrail yazıçısının romanı Bakıda çap olundu
06.05.2016 12:59
Çağdaş İsrail yazıçısı Shalev Zeruyanın "Sevgi həyatım" kitabı Azərbaycan dilində çap olunub.

Roman evli və ilahiyyatçı gənc qadının yaşlı bir adamla sevgi macərasıyla başlayır, onu anlamaqda çətinlik çəkən insanlardan bezmiş baş qəhrəman Yaaranın dilindən danışılır.

Valideynlərinin bir-birinə qarşı soyuq münasibətlərin və ailədaxili daimi mübahisələrin səbəbini başa düşməyə çalışdığı vaxt atasının gənclik dostu Aryehlə münasibətləri alovlanmağa başlayır. Aryehin laqeyd və özündənrazı görkəmi uğursuz ailə həyatına malik Yaaranı maqnit kimi özünə çəkir. Ətrafındakı hər kəsin saçlarına ağ düşmüş bu adamdan uzaq durmasını söyləməsinə baxmayaraq, gözəl qadın onun uğrunda hər şeyini - universitetdəki karyerasını, dostlarını, valideynlərini, evliliyini fəda etməyə hazır olur. Yaara özündə əksik olan iradə və gücü Aryehdə görür və valideynlərinin əlçatmaz keçmişinə daxil ola biləcək açara sahib olan bu sirli insana görə sədaqətli həyat yoldaşını tərk edir.

Əsər həmçinin dini motivlərlə zəngindir. Romandan parça:

"...elmi işimi hazırlamalıydım, seçdiyim mövzu "məbədin məhvi" idi, bir anlığa düşündüm ki, bəxtim gətirmişdi, artıq məbəd-zad yox idi, yoxsa yazdıqlarım səhv anlaşıla bilər, bəziləri məbədi yox etməyə cəhd etdikdə də mənim elmi işimi nümunə göstərə bilərdi, məbədin dağılıb məhv olmasında məni günahkar saya bilərdilər, dülgərin şagirdinin yalan-fırıldaqla ustasının arvadını oğurlaması kimi. Sonra da ona boşanmağı məsləhət görən şagird evlilik müqaviləsində qərarlaşdırılmış pulu boşandığı arvadına ödəyə bilməsi üçün ustasına borc verir, borcunu ödəyə bilməyən dülgər onlara xidmət etməyə məcbur olur, boşandığı arvadı ilə şagird yeyib-içir, o isə yanlarında dayanır, qədəhlərini doldurur, gözlərindən axan yaşlar qədəhlərinə damlayır. Aryeh ilə mənim kolbasa yeyib konyak içərkən Yoninin bir tərəfdən qədəhlərimizi doldurmasını, digər tərəfdən ağlamasını gözümün önünə gətirdim, hüzn içimi bürüdü, gözlərim yaşardı, o anda qərar verdim ki, Yonini heç tərk etməyəcəyəm, məni həqiqətən sevdiyini artıq dərk etmişdim və əsl sevgi bəsləyən bir adam tərk edilməzdi, sonra düşündüm ki, yaxşı bəs sən nə edirsən, sənin sevgin hanı, qərar verdim ki, mən bu əhvalatda duyğuları və düşüncələri çox bilinməyən, yalnız etdikləri təxmin edilən qadın olacaqdım."

Müəllifin 21 dilə tərcümə olunan romanları bir çox Qərbi Avropa, Yaxın və Uzaq Şərq ölkələrində, həmçinin ABŞ-da yüksək tirajla satılıb. Kitabı Azərbaycan dilinə Fərqanə Sarmasova tərcümə edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol