“CinemaPlus” kinoteatrı Azərbaycan dilində subtitrlərın tətbiqinə başladı
Premium kinoteatrlar şəbəkəsi "CinemaPlus” Hollivud filmlərin Azərbaycan dilində subtitrlər ilə nümayişinə başlayıb.
Bu bir çox gözlənilən filmlərin orijinal dildə nümayiş etdirməyə imkan verəcək. İngilis dilində filmlərin Azərbaycan subtitrlərı ilə nümayişinin bir sıra üstünlükləri var:
* aktyorların əsl səslərini eşitmək
* öz xarici dil biliyini artırmaq
* Bəzən dublyajın təhrif etdiyi xarici ifadələrin səslənməsindən həzz almaq
Tezliklə "CinemaPlus” kinoteatrı tamaşaçıları maraqlı dünya premyeralar toplusu ilə sevindirəcək.
"CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır
www.ann.az
Son xəbərlər
Daha çox