• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Beynəlxalq festivaldan qayıtdı - FOTOLAR

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Beynəlxalq festivaldan qayıtdı - FOTOLAR
06.05.2016 16:31
Türkiyə Cumhuriyyətinin Trabzon şəhərində keçirilən XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə uğurla iştirak edən Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti artıq Vətənə dönüb.
 
 
May ayının 2-dən start götürən festivalın açılış mərasimində Türkiyə Cumhuriyyətinin Dövlət Teatrları baş müdiri Necat Birecik, Trabzon Böyükşəhər Bələdiyyə başkanı Orxan Fevzi Gümrükçüoğlu və Trabzon Valisi Abdil Celil Öz çıxış edərək 17-ci ilinə qədəm qoyan  festivalda iştirak edən teatr kollektivlərinə uğurlar arzu ediblər. Çıxış edənlər zəngin adət-ənənələrə, mədəniyyətə, ədəbiyyata sahib olan  Trabzonun bu irsinin gələcək nəsillərə ötürülməsində keçirilən festivalın önəmindən danışıblar.
 
 
Çıxışlardan sonra Trabzon Dövlət Teatrı istiqamətində yürüyüş edən festival iştirakçılarını bir sıra tarixi qəhrəman obrazları müşaiyət ediblər.  
 
 
Festivalın ilk günü Ankara Dövlət Teatrının aktyorlarının ifasında "Nəşə, Dərd, Eşq” adlı tamaşa nümayiş etdirilib.
 
 
Festivalın ikinci günündə teatrımızın yaradıcı heyəti Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində Rumın dramaturqu Matey Vişnekin "Qoca kloun” tamaşası ilə çıxış edib. Sürəkli alqışlarla qarşılanan tamaşamız festival iştirakçıları tərəfindən xüsusilə bəyənilib. Tamaşa festivalın diplomu və xüsusi mükafatına layiq görülüb.
 
 
Məlumat üçün bildirək ki, 18 gün davam edəcək festivalda dünyanın bir çox ölkələrindən nüfuzlu teatr kollektivləri iştirak edirlər.
 










www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol