• $
  • £

Bu şəxslər barədə KİV-də məlumat yayılması qadağan edildi

Bu şəxslər barədə KİV-də məlumat yayılması qadağan edildi
29.05.2020 06:50
Azərbaycan prezidenti İlham Əiyev "Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

AAN.Az-ın APA-ya istinadən məlumatına görə, dəyişiklik kütləvi informasiya vasitəsi (KİV) redaksiyasının və ya jurnalistin yaymasına yol verilməyən məlumatlarla bağlıdır.

Dəyişikliyə əsasən bundan sonra KİV redaksiyasının və ya jurnalistin Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və "İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymasına da verilməyəcək.

Digər dəyişiklik yetkinlik yaşına çatmayanlarla əlaqədardır. İndiyə qədər KİV redaksiyasının və ya jurnalistin cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilməsi qadağan edilib. Dəyişikliyə əsasən bundan sonra yetkinlik yaşına çatmayan şübhəli və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə də hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilməyəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol